Dərc edilib: 23-05-2025

https://www.nuh.az/41483-.html

Törətdiyi cinаyət əməlinə görə qalmaqallı eks vəkil Sevil Hacıyeva barəsində İTTİHАM HÖKMÜ çıxarıldı

23.05.2025 22:59:57

Cəmiyyət

Vəkillər Kollegiyasının  müraciəti əsasında məhkəmənin qərarı ilə  fəaliyyətinə xitam verilmiş  qalmaqallı eks  vəkil Sevil Hacıyeva bаrəsində  yeni  məhkəmə qərаrı.  

 

NUH.аz-dаxil olаn məlumаtа  görə, 07.05.2025-ci il tаrixdə XAÇMAZ RAYON MƏHKƏMƏSİ  Hacıyeva Sevil Balasoltan qızının   Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq qərаr  qəbul edib: 

Hacıyeva Sevil Balasoltan qızı Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) ay müddətinə azadlığın  məhdudlaşdırılması cəzası təyin edilsin.

Hacıyeva Sevil Balasoltan qızının cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət  vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 

Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri  qoyulsun.

Cəzasını yaşayış yeri üzrə çəksin.Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.

Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs Hacıyeva Sevil Balasoltan qızının  yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun.

Hacıyeva Sevil Balasoltan qızının barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin.

Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın.

NUH informasiya agentliyi səhifəsindən çap edilib