Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
Bütün bunlar və Lavrovun İrəvana son səfəri təsadüfi deyil - Moskva - Qarabağ "valı"nı tərsinə fırlatmağa çalışır...
"Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb. Ermənistanla iş üzrə yeni kurator, Rusiya prezidentinin aparat rəhbərinin müavini Sergey Kiriyenko vəziyyətlə tanış olur. Öyrəndik ki, Robert Köçəryan 1-2 ay əvvəl Moskvada olsa da, bir neçə gün öncə yenidən Rusiya paytaxtında qısamüddətli səfərdə olub".
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.
"O, dünən gecə qayıdıb və Kremldə “qulağına” deyilənlər barədə hələ komandaya məlumat verməyib. Əvvəlki səfərdən sonra mətbuat konfransı keçirərək aktivləşdiyini açıqlayıb. Şayiələrə görə, bu dəfəki mövzu Paşinyanın impiçment məsələsi olub və yaxın günlərdə açıqlama və bəzi addımların atılacağı istisna edilmir.
İstisna edilmir ki, Köçəryana bu məsələdə çox da qətiyyətli olmamağa çağırılıb və onunla baş nazirliyə namizədlərin adları müzakirə edilib. Yeri gəlmişkən, görüş və müzakirə Kiriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub", -deyə erməni nəşri davamında bildirib.
Xatırladaq ki, son həftələr parlamentin deputatı olan oğlu Levon Köçəryanla yanaşı Xocalı canisi, terrorçu eks-prezident özü də, həmçinin həmkarı, digər Xocalı qatili Serjik Köçəryanda ictimai-siyasi meydanda fəallıq nümayiş etdirir... Bütün bunlar və Lavrovun İrəvana son səfəri təsadüfi deyil - Moskva - Qarabağ "valı"nı tərsinə fırlatmağa çalışır...