Dərc edilib: 24-05-2025

https://www.nuh.az/41490-.html

Abdullah Gül Özbəkistana üz tutdu

24.05.2025 17:27:47

Dünya

Uzun müddətdir ictimai nəzərdən kənarda qalmış Türkiyənin 11-ci prezidenti Abdullah Gül Özbəkistana gedib.

 
Yenisabah.az xəbər verir ki, Gül bu səfəri barədə fotoları sosial media hesabında paylaşıb.

O, Daşkənd, Səmərqənd, Buxara və Xivəni ilk dəfə ziyarət etdiyini bildirib və Özbəkistandakı inkişafı "təqdirəlayiq" adlandırıb.

Həyrünnisa Gül də onunla birlikdə olub.

Abdullah Gül Orta Asiya şəhərlərini "Türk-İslam mədəniyyətinin beşiyi" adlandıraraq, bölgədəki dəyişiklikləri, dinamizmi və tərəqqini yüksək qiymətləndirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib