Dərc edilib: 24-05-2025

https://www.nuh.az/41491-.html

Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib

24.05.2025 17:43:42

LIVE

Bu ilin ilk rübü ərzində xarici ölkələrdən Azərbaycana 8 milyon 509 min 450 ədəd həşərat idxal olunub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan həşəratların 100 ədədinin orta gömrük qiyməti 30 sent (51 qəpik) olub.
Qeyd edək ki, idxal olunan həşəratların 8 milyon 89 min ədədi və ya 95%-i Rusiyadan gətirilib. Rusiyadan gətirilən 100 ədəd həşəratın orta gömrük qiyməti isə 21 sent (37 qəpik) təşkil edib.
Bundan başqa, 168 min 450 ədəd həşərat Mərakeşdən, 252 min həşərat isə Belçikadan idxal edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib