Dərc edilib: 26-05-2025

https://www.nuh.az/41510-.html

İmişli sakini güllələndi

26.05.2025 00:13:00

LIVE

İmişli rayon sakini güllələnib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hacıalmuradlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Babək İbişov ov tüfəngi ilə Ayaz Nuruşovu güllələyib.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən şəxsi hüquq-mühafizə orqanı əməkdaşları saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib