Dərc edilib: 27-05-2025

https://www.nuh.az/41522-.html

Aİ-dən ukraynalı qaçqınlarla bağlı ŞOK: Ləğv edilə bilər

27.05.2025 00:26:59

LIVE

Avropa İttifaqı Ukraynadan olan müharibə qaçqınlarına tətbiq olunan müvəqqəti müdafiə rejimini ləğv etməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin martında Rusiya-Ukrayna müharibəsi fonunda qəbul edilən və 2026-cı ilin martına qədər uzadılmış direktivin yenidən qiymətləndirilməsi gündəmdədir.

Hazırda Aİ ölkələrinin siyasi dairələrində bu müdafiə mexanizminin dayandırılması və ya mərhələli şəkildə çıxış strategiyasının hazırlanması ilə bağlı fəal müzakirələr aparılır. Məsələ ilə bağlı ilkin qərarın 12–13 iyun tarixlərində qəbul olunması gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib