Dərc edilib: 28-05-2025

https://www.nuh.az/41534-.html

Ukrayna Moskvaya od ələyir: Bütün aeroportlar fəaliyyətini dayandırdı

28.05.2025 09:03:41

LIVE

Mayın 28-nə keçən gecə Ukrayna Moskva şəhərinə 33 PUA ilə hücum edib.


Musavat.com xəbər verir ki, məlumatı şəhərin meri Sergey Sobyanin Telegram kanalında açıqlayıb.

Onun dediyinə görə, xəsarət alan yoxdur, ciddi ziyan dəyməyib: "Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi düşmənin pilotsuz təyyarələrinin hücumunu dəf etməkdə davam edir. Moskvaya hücum edən 4 pilotsuz təyyarə məhv edilib. İlkin məlumata görə, ciddi dağıntı və tələfat yoxdur".

Sobyanin əlavə edib ki, dağıntılar olan yerlərdə təcili yardım xidmətləri işləyir.

PUA hücumlarına görə Moskvanın Vnukovo, Domodedovo, Şeremetyev, Jukovsk, həmçinin digər regionlardakı Vladimir (Semyazino), İvanovo (Yujnı), Kostroma (Sokerkino) və Yaroslavl (Tunoshna) hava limanlarında təyyarələrin gəlişi və gedişi məhdudlaşdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib