Azərbaycanın fındıq ixracından qazancı 53 milyon dolları ötüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 53,4 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Yenisabah.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 4 ayı ilə müqayisədə 12,6 milyon ABŞ dolları və ya 30,9% çoxdur.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 40,8 milyon ABŞ dolları dəyərində meşə fındığıixrac edib.
Təkcə aprel ayında 10,4 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da illik 1,2 milyon dollar (13%) çoxdur.
Ötən ilin aprel ayında Azərbaycandan xarici ölkələrə 9,2 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.