Dərc edilib: 30-05-2025

https://www.nuh.az/41557-.html

Falçı Nərgiz Sultanova məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edildi…

30.05.2025 23:13:59

Hadisə

21 dekabr 2023-cü il tarixdə NUH.az saytı  “Vəndaşların külli miqdarda pulunu mənimsəyən falçı Nərgiz barədə cinayət işi açıldı” başlıqlı xəbər paylaşmışdı.

Qısa xatırlatma üçün həmin xəbəri yenidən yada salırıq.

Falçılıq  fəaliyyəti adı altında  vətəndaşların külli miqdarda pulunu mənimsəyən  Nərgiz  Vaqif  qızı Sultanova  barəsində Daxili İşlər  Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( BMCMİ) müraciət  olunub.

 

BMCMİ-də Nərgiz Sultanova  barəsində CM-nin 178.2.2-ci maddəsilə cinayət işi başlanıb  və aidiyyəti üzrə Baki Şəhər Baş Polis İdarəsinin Nəsimi Rayon Polis  İdarəsinə  göndərilib. Və idarədə istintaq hərəkətləri davam edir.

 

Zərərçəkən  digər  vətəndaşlardan xahiş olunur ki, rəsmi ərizə ilə Nəsimi RPİ-ə müraciət etsinlər.

Bu xəbərin yayılmasından sonra özlərini Nərgizin   qohumları kimi təqdim edən şəxslər zəng edərək bizə hədə-qorxu gəlməyə başladılar. Hətta  görüş təklif edənlər də oldu.

Bu gün  isə Nərgiz Sultanova barəsində NUH.az-a yeni məlumat  daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində  cinayət işinin istintaqı zamanı Nərgiz Sultanovanın falçılıqla vətəndaşların dələduzluq yolu ilə külli miqdarda pullarını mənimsəməsi sübuta yetirilmişdi və istintaq başa çataraq CM-nin 178.3.2 maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.Cinayət işi hakim Cavid Hüseynovun  icraatında olub. Və bir neçə ay məhkəmə baxışı olandan, tərəflərin çıxışından sonra məhkəmənin  hökmü ilə Nərgiz   Sultanova  5 il azadlıqdan məhrum edilib. Cəzasını  qapalı cəzaçəkmə məntəqəsində çəkəcək.  

 

Redaksiyadan.

Bu gün ölkədə falçı dələduzların cinayət əməlləri davam edir. Ən təəccüblüsü  odur ki, nəinki avam insanlar, hətta yüksək rütbəli məmurlar da falçıların toruna  düşür. Yüksək rütbəli məmurlar tez-tez falçılara müraciət edir, onlara böyük məbləğdə pul verirlər. Bunu bircə adı var – CƏHALƏT.

Əgər Nərgiz kimi falçılar gələcəyi görə bilsəydilər öz aqibətlərini öncədən görə bilərdilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib