Dərc edilib: 01-06-2025

https://www.nuh.az/41584-.html

Azərbaycanda dəhşət: Əsir kimi saxlayıb zorla işlətdi

01.06.2025 10:10:39

LIVE

Azərbaycanda bir nəfəri məcburi əməyə cəlb edən şəxsə hökm oxunub.

NUH.az Lent.az-a istinadən xəbər verir ki, Etibar Sozalı oğlu Əliyev zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edərək istismar etdiyinə görə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-2.1 (Məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb və işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Sozalı oğlu Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib