Dərc edilib: 01-06-2025

https://www.nuh.az/41597-.html

Sabahdan elektron qəlyanlar qadağan ediləcək

01.06.2025 20:53:22

LIVE

Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Departamenti iyunun 1-dən birdəfəlik elektron qəlyanların satışının qadağan ediləcəyini açıqlayıb.

“Qafqazinfo” “The İndependent”ə istinadən xəbər verir ki, tədbir məktəblilər arasında bunun geniş istifadə edilməsinə və onların ətraf mühitə vurduğu ziyana qarşı mübarizə məqsədi daşıyır.

“Sabahdan (1 iyun) etibarən bütün mağazalarda birdəfəlik elektron qəlyanların satışı qadağan ediləcək”, - departamentin hökumətin saytındakı bəyanatında deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib