Dərc edilib: 01-06-2025

https://www.nuh.az/41598-.html

Bakıda 21 yaşlı qadın döyülərək öldürüldü - Əri saxlanıldı

01.06.2025 21:20:19

LIVE

Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.

“Qafqazinfo”  xəbər verir ki, 2004-cü il təvəllüdlü Vəliyeva Ləman Mehman qızı kirayə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib.

Onu döyərək öldürməkdə şübhəli bilinən əri 1991-ci il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib