Dərc edilib: 02-06-2025

https://www.nuh.az/41608-.html

Rusiyada 3 günlük MATƏM elan edildi

02.06.2025 01:34:55

LIVE

Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

“388 sərnişinin olduğu Klimov-Moskva qatarı hərəkət edərkən körpüdə partlayış baş verib”, - Boqomaz bildirib.

Boqomazın məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.

***

Bryansk vilayətində 2, 3 və 4 iyun matəm günləri elan edilib.

Bu barədə qubernator Aleksandr Boqomaz bildirib.

O bildirib ki, son məlumatlara görə, 7 nəfər ölüb, 71 nəfər xəsarət alıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib