Dərc edilib: 02-06-2025

https://www.nuh.az/41610-.html

Polşadakı Prezident seçkilərində qalib oldu

02.06.2025 08:53:42

LIVE

Ötən gün Polşada prezident seçkilərinin ikinci turu keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə “Hüquq və ədalət” partiyasının namizədi Karol Navroçki 50,9 faiz səs toplayaraq qalib gəlib.

Bildirilib ki, bunu Respublika Dövlət Seçki Komissiyasının bülletenlərin 100%-nin emalından əldə edilən məlumatlar da sübut edir.

Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Tşaskovski isə 49,1% səs toplayıb.

Polşa Mərkəzi Seçki Komissiyasının internet saytında dərc olunan məlumatlara görə, keçirilən prezident seçkilərində ikinci turda seçicilərin fəallığı rekord sayda - 71,63% təşkil edib. Seçici fəallığı üzrə əvvəlki rekord 1995-ci ildə (68,23%) qeydə alınıb.

Qeyd edək ki, Andjey Duda 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib