Dərc edilib: 02-06-2025

https://www.nuh.az/41615-.html

Azərbaycan vətəndaşları Gürcüstandan qovuldu

02.06.2025 10:46:46

LIVE

Gürcütanda son günlər həyata keçirilmiş kompleks tədbirlər çərçivəsində 31 nəfər əcnəbi ölkədən çıxarılıb.
 
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.
 
Qonşu ölkədən deportasiya olunmuş əcnəbilər İran, Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, Burundi, Qazaxıstan, İordaniya, Azərbaycan, Banqladeş, Pakistan və İraq vətəndaşlarıdır.
 
Qeyd edək ki, Miqrasiya Departamenti Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Qurumun səlahiyyətlərindən biri qanuni əsas olmadan Gürcüstanda olan xarici ölkə vətəndaşlarının müəyyən edilərək ölkədən çıxarılmasıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib