Dərc edilib: 02-06-2025

https://www.nuh.az/41617-.html

Bu həftə 4 gün iş OLMAYACAQ – TARİXLƏR

02.06.2025 11:56:13

LIVE

Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.
 
 6, 7, 8 və 9 iyun tarixlərində iş olmayacaq.
 
Belə ki, 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günüdür. 
 
 
Qanunvericiliyə əsasən, 7 iyun tarixi şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün növbəti həftənin bazar ertəsi – 9 iyun tarixi də istirahət günü hesab olunur.
 
 
Beləliklə beşgünlük iş həftəsində çalışanlar üçün iyunun 6-dan başlayaraq 4 gün ardıcıl iş olmayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib