Dərc edilib: 02-06-2025

https://www.nuh.az/41623-.html

Məhkəmə Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində QƏRAR VERDİ

02.06.2025 16:41:57

LIVE

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.


NUH.az    APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib