Dərc edilib: 02-06-2025

https://www.nuh.az/41626-.html

Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib – Video

02.06.2025 18:12:08

LIVE

Sabiq millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib.
 

 

NUH.az    xəbər verir ki, o bu barədə “AStar”ın efirində qonaq olarkən danışıb.
Aparıcı Ulvira Qarayevanın bir müddət əvvəl sabiq deputat və ailə üzvlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti ilə aralarındakı məhkəmə prosesinə diqqət çəkib və həmin vaxt ödənilməyən kredit borcu ilə bağlı sual ünvanlayıb.
F. Ağamalı isə bildirib ki, ödənilməyən məbləğ 130 min manat olub:
“Onu qaytara bilmədik. Layihəmiz batdı. “Agricola”nın təsərrüfatını genişləndirmək istəyirdik. Samuxda bitkiçilik və ətçiliklə məşğul olmaq istəyirdik. Alınmadı, sonra pulu da qaytara bilmədik”.
Daha ətraflı:

NUH informasiya agentliyi səhifəsindən çap edilib