Dərc edilib: 03-06-2025

https://www.nuh.az/41659-.html

Mədət Quliyev istefa verdi - VİDEO

03.06.2025 21:17:46

LIVE

Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.
Bakupost.az xəbər verir ki, bu barədə Mədət Quliyevin işlədiyi qurumlarda uzun illər mətbuat katibi işləmiş Yaşar İsakov məlumat verib.
Onun sözlərinə görə, istefaya səbəb M.Quliyevin xidmət apardığı Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədardır.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib