Dərc edilib: 05-06-2025

https://www.nuh.az/41678-.html

ŞAD XƏBƏR - Pensiyalar vaxtından əvvəl veriləcək

05.06.2025 02:06:46

LIVE

İyunun 5-də  Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib