Dərc edilib: 05-06-2025

https://www.nuh.az/41681-.html

12 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan olundu - SİYAHI

05.06.2025 09:21:46

LIVE

Amerika lideri Donald Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib.

Musavat.com Ağ Evin yaydığı açıqlamaya istinadən xəbər verir ki, daha 7 ölkənin sakinlərinin ABŞ-a girişi üçün qismən məhdudiyyətlər tətbiq edilib.

Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər iyunun 9-da qüvvəyə minəcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlər bu ölkələrin hər biri üçün müəyyən viza növlərinə şamil ediləcək.

Sənəddə qeyd olunur ki, müvafiq fərman qüvvəyə minənədək verilmiş vizalar qüvvədə qalacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib