Dərc edilib: 07-06-2025

https://www.nuh.az/41710-.html

Türkeşin qızından Baxçalıya sərt təpki: Bunu atamın üzünə deyə bilərdiniz? - FOTO

07.06.2025 12:42:42

LIVE

Türkiyənin müxalif İYİ Partiyasından millət vəkili, Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərhum sədri Alparslan Türkeşin qızı Ayyüce Türkeş Taş PKK terror təşkilatının lideri Abdullah Öcalan üçün “qurucu lider” ifadəsinin işlədilməsinə sərt reaksiya verib.

Teleqraf xəbər verir ki, o, MHP-nin hazırkı sədri Dövlət Baçalının bu açıqlamasını atasına qarşı hörmətsizlik kimi qəbul etdiyini bildirib.

“Atam başbuğ Alparslan Türkeşin məzarı üstündə terrorçuların liderinin, satqın və körpə qatilinin “qurucu lider” elan edilməsini də gördük. Bu, mübarək bayram günündə atamın hüzurunda onun əziz xatirəsinə ən böyük hörmətsizlikdir. Bunu sağ ikən onun üzünə deyə bilərdinizmi?”, - Türkeş Taş vurğulayıb.

Dövlət Baxçalının MHP-nin qurucu lideri Alparslan Türkeşin qızının etirazına səbəb olan açıqlaması belədir:

“PKK-nın ləğvi və tərksilah edilməsi qərarı qurucu lider Abdullah Öcalanın verdiyi açıqlama ilə bəyan edildi. Bu, önəmli bir addımdır, Türkiyənin terrora son qoymasının başlanğıcıdır”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib