Dərc edilib: 07-06-2025

https://www.nuh.az/41720-.html

Hörmətsizlik etməmək üçün götürdüm - Valideynlərin üzük aldığı müəllim

07.06.2025 20:54:22

LIVE

Xəbər verdiyimiz kimi, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb və müəllimə Günel Məmmədovaya töhmət verilib.


NUH.az    “Teleqraf”a istinadən xəbər verir ki, adıçəkilən müəllim də iddalara cavab verib. 

O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.

“Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim”, - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib