Dərc edilib: 08-06-2025

https://www.nuh.az/41727-.html

Bakıda SKUTER aktrisanı dəhşətli vurdu, beyni silkələndi, hazırda xəstəxanadadır...

08.06.2025 09:43:57

VİDEO

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən skuterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.

Teatrın mətbuat katibi Samirə Əşrəf teleqraf-a bildirib ki, iki gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olub.

"Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələlik müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək", o deyib.

Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib