Dərc edilib: 08-06-2025

https://www.nuh.az/41734-.html

Bakıda 28 yaşlı qadın 61 yaşlı sevgilisini qətlə yetirdi

08.06.2025 12:09:19

Kriminal

İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.


NUH.az    “Qafqazinfo”ya istinadən xəbər verir ki, 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. N.İbrahimlə Hikmət Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı iddia olunur.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib