Dərc edilib: 08-06-2025

https://www.nuh.az/41737-.html

Qırğızıstanın sabiq prezidentinə QANUNSUZ TORPAQ əldə etməyə görə 11 il HƏBS..)))

08.06.2025 13:05:34

LIVE

Bişkek məhkəməsi tərəfindən qiyabi olaraq həbs edilmiş Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev bu hökmü respublika hakimiyyəti tərəfindən təqib adlandırıb.

Teleqraf xəbər verir ki, sabiq dövlət başçısı ölkənin indiki rəhbərliyinə onun işinə Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsində (BCM) baxılmasını təklif edib.

"Mən şəxsən məhkəmə qarşısına çıxmağa və mənə qarşı irəli sürülən bütün ittihamlar üzrə cavab verməyə hazıram. Əgər hakimiyyət ədalətlə hərəkət etdiyinə əmindirsə, beynəlxalq tribunaldan çəkinməməlidir. Əgər Haaqa Məhkəməsi məni təqsirkar hesab etsə, həbsxanada istənilən müddətə cəza çəkməyə hazıram", - Atambayev bildirib.

O əlavə edib ki, bunun üçün Qırğızıstan Roma Statutunu ratifikasiya etməli, indiki hakimiyyət isə ölkənin Baş Prokurorluğuna BCM-ə müraciət etmək tapşırığı verməlidir.

 
Xatırladaq ki, Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və onu qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, həmçinin Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və Koy-Taş kəndində kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib