Lukaşenko ÇİN LİDERİ Si Cinpinə Minskdə HEYKƏL ucaltmağı təklif etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Çin sədri Si Cinpinə abidə ucaldılmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Belarus paytaxtında Milli Futbol Stadionunun təntənəli açılış mərasimində bildirib.
"Biz rəsmi olaraq möhtəşəm bir açılışında iştirak edirik. Stadionun girişində dedim ki, burada dostum Si Cinpinə abidə ucaltmaq yerinə düşərdi, çünki çinlilər bu stadionu öz hesablarına tikiblər. Avropada belə standionlar azdır", - Lukaşenko deyib.