Dərc edilib: 08-06-2025

https://www.nuh.az/41744-.html

Məscidə qumbara atıb, sonra ATƏŞ AÇDI – Ölənlər və yaralananlar var

08.06.2025 15:43:28

LIVE

Yəmənin Əl-Beyda vilayətindəki məscidlərdən birində naməlum şəxs qumbara ataraq atəş açıb.

Musavat.com xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Telekanalın xəbərinə görə, hücum nəticəsində 9 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Hadisə iyunun 7-də dindarların axşam namazı üçün toplaşdıqları Karn əl-Əsəd kəndində baş verib.

Məlumata görə, hücum edən şəxs psixi pozuntulardan əziyyət çəkirmiş. Cinayətkar hadisədən təxminən saat yarım sonra saxlanılıb.

Yaralananlar arasında 12 yaşlı bir oğlan uşağı da var. Hadisə Qurban bayramı zamanı baş verib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib