Dərc edilib: 08-06-2025

https://www.nuh.az/41745-.html

Mələkxanım Eyubovanın istəyi

08.06.2025 15:51:07

LIVE

Xalq artisti Mələkxanım Eyubova "Leyli və Məcnun" operası ilə bağlı arzusunu açıqlayıb. 

Xanəndə "7 tamam" verilişində yenidən Leyli obrazı ilə səhnəyə çıxmaq istədiyini bildirib:

"Leyli və Məcnun" ölməz əsərdir. Hər zaman səhnədə olacaq əsərdir. Hər bir gənc, səhnəyə yeni addım atan xanım, bəyin arzsudur ki, Leyli, Məcnun obrazı yaratsın. Bəzən bu arzu həyata keçmir. Ola bilər bədən quruluşu uyğun olmaz. Mən bu gün də Leyli oynamağa hazıram. Səsim də, görünüşüm də buna uyğundur. Səsim, görünüşüm ona imkan verirsə, niyə olmasın?".  (Axşam.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib