Dərc edilib: 08-06-2025

https://www.nuh.az/41746-.html

ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev

08.06.2025 16:04:13

Mədəniyyət

Bu fikirləri sabiq millət vəkili hörmətli  Etibar Əliyev öz  fb  səhifəsində paylaşıb.
Jurnalist Abel Məhərrəmova sual verir: Aldığınız maaş və təqaüd sizi qane edirmir? 
Abel məllim müdrik görkəm alıb, sualı belə cavablandırır: Əlbəttə ki, mən iki dəfə deputat olmuşam, xalqımız da deputatın təqaüdünü bilir, mənə də deputat təqaüdü verirlər. Akademiyada çalışıram, hamı bilir ki, akademik nə qədər alır. Bakı Dövlət Universitetində akademik kafedra müdiri kimi ordan da maaş alıram. Rusiya Elmlər Akademiyasından da müəyyən köməkliklər olur. Beləliklə, sosial durumumdan heç bir narazılığım yoxdur. Yoldaşım da çalışır, uşaqlar da özlərini dolandırırlar. Arzu edirəm ki, Azərbaycan cəmiyyətinin hamısının kaş bizim kimi sosial durumları yaxşı olsun.
Adam olmayan alimliyi ilə hökumətdən azı 15 min pul qopardır. Yadımdan çıxmamış yazım. Adam 5.000- dən çox adama köçürmə və 2- ci təhsil adı ilə “Hüquqşünaslıq” diplomu verib.
Abel müəllimin sosial durumuna Mona Liza şadlıq sarayını, Nabranda Sahibi olduğu və Hökumət evi yekəliyində “İstirahət mərkəsi”ni, (Hökumət evindən yekə bir istirahət mərkəzinin açılışını da yaxın günlərdə edəcək) Qızıl Qazmada mülklər və restoranlarını, 20-dən çox evinin olmasını da nəzərə alsaq həqiətən sosial durumu pis deyil. Hələ Altıağacda villalarını demirəm. Adam əhvalı yaxşı olanda elmdən də danışır.
Bəs görəsən akademik Əhliman Əmiraslanovun sosial durumu necədir? Əhliman məllim Milli Məclisin Səhiyyə Komitəsinin sədridir.” Onkologiya Klinika”sının direktorudur, Tibb Universitetinə 23 il rəhbərlik edib və həmin universitetdə 33 ildir ki, “Onkologiya” kafedrasının müdiridir. Elmlər Akademiyasında “Biologiya və tibb elmləri bölmə”sinin akademik katibidir. Sumqayıta nəhəng bir Onkologiya klinikasının sahibidir. Uşaqları da General və biznesmen kimi özlərini dolandırırlar. Yəqin ki, Əhliman məllimin də arzuları Abelin arzularına bənzəyər.
Bütün bunların müqabilində onlar insanlara mənəviyyat dərsi keçir, gəncləri həyatda dürüst olmağa çağırırlar.
Zəruri qeyd: Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda Ramiz Enveroviçin “şərəfinə” tost dedi. Əlində çaxır yox, araq rumkası tutmuşdu. Əhliman Əmiraslanov isə Ramiz Mehdiyevin əməllərinin ifşa olunduğu vaxtda səsini də çıxarmadı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib