Toy yasa DÖNDÜ: ölən və yaralananlar var
Türkiyədə toy mərasiminə silahlı hücum olub.
Hadisə Siirt rayonunun Kurtalan qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs odlu silahla toy mərasiminə basqın edərək, atəş açıb. Nəticədə 4 nəfər yaralanaraq, xəstəxanaya aparılıb. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, yaralılardan Adnan Pekgözü xilas etmək mümkün olmayıb.
Polis şadlıq evini mühasirəyə alıb. Hadisəni törədən A.A. saxlanılıb. /Lent.az