Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu
Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Qızılhacılı qəsəbə sakini Kəmalə Abdullayeva “Nissan” markalı avtomobili idarə edərkən 2014-cü il təvəllüdlü Zeynəb Bayramovanı vurub.
11 yaşlı qız müxtəlif bədən xəssrətləri alıb. Hazırda vəziyyəti kafidir.
Hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayevanın Goranboy rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi bildirilir.