Zelenski: Tarixən əksər müharibələr...
Tarixdə əksər müharibə qarşılıqlı etimad olmadan başa çatıb və Rusiyanın Ukraynaya qarşı müharibəsi də istisna deyil.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Tarixən əksər müharibələr tərəflər bir-birinə güvənməyə başlamazdan əvvəl bitərdi. Vasitəçilər, şərtlər, üçüncü ölkələrin sağlam düşüncəsi, dünyanın əksəriyyəti və yardım edəcək qüvvələr... Hamı başa düşürdü ki, müharibə təkcə başlamaq və bitirmək deyil",- o bildirib.
Prezidentin sözlərinə görə, müharibə bitdikdən sonra da "böyük quyruq" qalacaq:
"Müharibə sadəcə bitmir. Bir çox müxtəlif ölkələrə və istiqamətlərə təsir göstərir: digər ölkələrin iqtisadiyyatı, enerjisi, təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və s.
Ona görə də dünya müharibənin bitməsində maraqlı olmalıdır".