Dərc edilib: 09-06-2025

https://www.nuh.az/41791-.html

Bu hava limanlarının fəaliyyəti dayandırıldı - TƏHLÜKƏ…

09.06.2025 09:37:29

LIVE

Rusiyanın Kazan, Nijni Novqorod, Saratov və Tambov şəhərlərində yerləşən hava limanları müvəqqəti olaraq reyslərin qəbulunu və yola salınmasını dayandırıb.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu addım mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Məlumata görə, Kazan, Nijni Novqorod (Strigino), Saratov (Qaqarin) və Tambov (Donskoye) hava limanlarında uçuşlara tətbiq edilən məhdudiyyətlər müvəqqəti xarakter daşıyır.

Hazırda həmin hava limanlarında nə sərnişin, nə də yük reyslərinin həyata keçirilməsinə icazə verilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib