Dərc edilib: 09-06-2025

https://www.nuh.az/41793-.html

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

09.06.2025 10:13:52

LIVE

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.


Bu barədə “Qafqazinfo”ya Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. 

Qeyd olunub ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.

Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib