Dərc edilib: 09-06-2025

https://www.nuh.az/41798-.html

13 nəfəri öldürən MANYAK da Ukraynaya qarşı DÖYÜŞƏ qatıldı

09.06.2025 11:53:59

LIVE

90-cı illərdə Rusiyanın Samara vilayətində insanları qətlə yetirən manyak Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlayıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 58 yaşlı “meşə manyakı” Dmitri Voroşilov 2012-ci ildə azadlığa çıxıb və doğulduğu Luqansk vilayətinin kəndinə gedib. 10 il sonra Dnepropetrovsk vilayətinə köçüb. Orada o, Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub.

Voroşilov 1993-cü ildə və 1996-1997-ci illərdə Luqansk vilayətindən hərbi xidmətə göndərildiyi Samara vilayətində qətl törətməkdə təqsirli bilinib.

“Meşə manyakı”nın əlindən azı 13 nəfər əziyyət çəkib. O, meşənin yaxınlığındakı “Sevgi yolu” deyilən yerə gələn cütlükləri öldürüb. Eyni zamanda o, meyitlərlə vəhşicəsinə rəftar edib. Məsələn, yanmış avtomobildə bir cəsəd tapılıb.

“Meşə manyakı” 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib