Dərc edilib: 09-06-2025

https://www.nuh.az/41801-.html

Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ

09.06.2025 13:21:07

LIVE

Malayziyanın Gerik şəhərində tələbə avtobusunun iştirakı ilə baş verən yol qəzası nəticəsində azı 15 nəfər ölüb, 33 nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, avtobus Yertihdən Tanjunq istiqamətində magistral yolda hərəkətdə olarkən minik avtomobili ilə toqquşma baş verib, nəticədə avtobus idarəetməni itirərək aşıb. Qəza zamanı avtobusda 43-ü tələbə olmaqla 48 nəfər olub.

Məlumata görə, ölən 15 nəfərdən (14 tələbə və avtobus sürücüsü) 13-ü hadisə yerində, daha ikisi isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. 

Ölənlər arasında 10 qadın və 5 kişi var. Onların meyitləri Gerik şəhər xəstəxanasının məhkəmə-tibb şöbəsinə aparılıb.

Bundan başqa, qəza nəticəsində daha 33 nəfər xəsarət alıb: 7 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 20 nəfərin vəziyyəti orta-ağır, 6 nəfər isə yüngül xəsarət alıb.

Zərərçəkənlərin hamısı lazımi yardım üçün tibb müəssisələrinə aparılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib