Dərc edilib: 09-06-2025

https://www.nuh.az/41803-.html

ABŞ polisi jurnalistə atəş açdı- VİDEO

09.06.2025 14:05:57

LIVE

Los-Ancelesdə keçirilən etiraz aksiyası zamanı polis Avstraliyanın “9news” kanalının müxbiri Loren Tomasiyə rezin güllə ilə atəş açıb.

Musavat.com xəbər verir ki, hadisə canlı yayımla görüntülənərkən, jurnalist və operator təhlükəsiz yerə çəkilib və yayım dayandırılıb.

Avstraliyalı Yaşıllar Partiyasından olan senator Sara Hanson-Yang Baş nazir Entoni Albaneseyə çağırış edərək, Tomasinin yaralanması məsələsini ABŞ prezidenti Trampla görüşündə qaldırmağı tələb edib. Senator bildirib: “Albanese Trampla ilk görüşünə hazırlaşarkən, ona deməlidir ki, jurnalistlərimizə atəş açmağı dayandırsın. Mətbuat azadlığı güclü və işlək demokratiyanın əsas prinsiplərindəndir”.

“Sky News”un məlumatına görə, Los-Anceles nümayişləri zamanı Böyük Britaniyanın fotoqrafı Nik Stern də rezin güllə ilə vurulub. Onun bud nahiyəsinə dəyən güllə qanaxmaya səbəb olub və Stern Long-Biç xəstəxanasına yerləşdirilib.

Hadisələr ABŞ-da ictimaiyyətin və beynəlxalq medianın ciddi narahatlığına səbəb olub və polis davranışı tənqid olunur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib