Dərc edilib: 09-06-2025

https://www.nuh.az/41804-.html

Qareginin övladının olduğunu Paşinyana kim xəbər verib? – AÇIQLAMA

09.06.2025 14:51:54

LIVE

“Ermənistanın Baş naziri Nikol Paşinyan qəti şəkildə II Qareginin könüllü subaylıq əhdini pozaraq uşağı olması xəbərini ancaq kəşfiyyat mənbələrindən əldə edə bilərdi. Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır”.


Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, söhbət o ölkələrin kəşfiyyat strukturlarından gedir ki, Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəmirlər: “Nikol Paşinyan II Qareginlə yanaşı, keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığını edib. Böyük ehtimalla II Qareginin övladının varlığı məlumatını Paşinyana ötürən mənbə Robert Köçəryanın hakimiyyəti dövründə və sonrasında korrupsiya əməlləri barədə də əllərindəki məlumatları Ermənistanın baş nazirinə ötürüblər”.

Politoloq hesab edir ki, Paşinyan bu məlumatlar əsasında parlament seçkisi öncəsində rəqiblərini əzib keçməyə çalışacaq: “Onun bu fəaliyyəti bizim də xeyrimizədir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib