Azərbaycanda Ukrayna dilində audiobələdçi yaradılıb.


Teleqraf Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə ölkənin birinci xanımı Yelena Zelenskaya bildirib.

Birinci xanım deyib: “Bu bələdçi bütün ölkələrin və xalqların uzun və çətin insanlıq yolunu əks etdirir. İnsanlıq yolu həm də bir-birimizə və təbiətə qarşı məsuliyyətimizi qorumaqdır. Ukrayna üçün isə bu, xüsusilə ağrılı mövzudur, çünki Rusiya tərəfindən başlanmış müharibə həm bizə, həm də təbiətimizə təhlükə yaratdı.”

Ukrayna dilində audio tur artıq Azərbaycanda, Bakıdakı dünya üzrə ilk tanker muzeyi Suraxanı sahilində də fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu təşəbbüs dünya mədəni abidələrinin ukraynalaşdırılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə sayəsində artıq dünyanın 53 ölkəsində Ukrayna dilli 102 audiobələdçi istifadəyə verilib.