Dərc edilib: 10-06-2025

https://www.nuh.az/41825-.html

SON DƏQİQƏ: Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

10.06.2025 15:08:31

LIVE

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.


NUH.az    xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

Sabiq nazir açıqlamasında hazırda xəstəxanada olduğunu təsdiqləyib.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam".

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib