Dərc edilib: 10-06-2025

https://www.nuh.az/41830-.html

Bir milyon vergi borcu olan sirli KONGTES CORP şirkəi t kimə məxsusdur?

10.06.2025 21:56:53

LIVE

2022-ci ildə təsis edilən "Kongtes Corp" şirkətinin xüsusilə külli miqdarda vergi borcu var. 
Qaynarinfo-nun məlumatına görə, şirkətin vergi borcu hazırda 999 271,1 manat təşkil edir. 
"Kongtes Corp" şirkətinin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hekalov Ruslan Muxtar oğludur. 
"Kongtes Corp" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Şirkətin qanuni təmsilçisi Ruslan Hekalov da "sirli” fiqurdur. Yəni, onun da barəsində hər hansı məlumat yoxdur. 
Şirkət vergi sistemində riskli vergi ödəyicisi kimi qeydiyyatdadır. 
Adətən bu şirkətlər müxtəlif maliyyə əməliyyatlarından istifadə etmək üçün yaradılır. Bu tip şirkətlərin qanuni təmsilçilərinin işi isə yalnız sənədləri imzalamaqdan ibarət olur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib