Dərc edilib: 10-06-2025

https://www.nuh.az/41832-.html

Məktəbli qız onuncu mərtəbədən yıxılıb öldü

10.06.2025 23:07:00

LIVE

Çeçenistanın paytaxtı Qroznıda yeniyetmə qız onuncu mərtəbədən yıxılıb.


Hadisə şəhərin Axmatovski rayonunda çoxmərtəbəli binalardan birində baş verib. 13 yaşlı məktəbli qız pəncərəni yumaq üçün pəncərəyə çıxıb. Bir anda qız müvazinətini itirərək onuncu mərtəbənin hündürlüyündən yıxılıb.

Onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı ilkin araşdırma aparılır.//Lent.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib