Dərc edilib: 11-06-2025

https://www.nuh.az/41841-.html

Ölkələrin TAKSİ QİYMƏTLƏRİ - Azərbaycan dünyada neçəncidir?

11.06.2025 14:42:55

LIVE

Taksi qiymətlərinə görə ölkələrin reytinq sıralaması açıqlanıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan bu sıralamada 100-cü yerdədir.


Maraqlıdır ki, Azərbaycanda qiymətin 1 km üçün 0,59 dollar  (1.03 AZN) hesablandığı qeyd olunub. 

Rusiyada 0,45 dollar, Ukraynada 0,36 dollar, Ermənistan və Belarusda 0,33 dollar, Tacikistan və Özbəkistanda 0,3 dollar, Moldovada 0,29 dollar, Qırğızıstanda isə 0,23 dollardır ki, bu da MDB-də ən aşağı göstəricidir.

Qlobal səviyyədə taksi qiymətlərinə görə liderlər İsveçrə, Lüksemburq və Bəhreyndir, ən sərfəli qiymətlər isə Qırğızıstan, Filippin və Moldovadadır.

Dünyanın ən bahalı şəhərləri Sürix, London və Tirana, ən ucuzları isə Hindistanın Surat və Bhubanesvar şəhərləri, həmçinin Xarkovdur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib