Dərc edilib: 11-06-2025

https://www.nuh.az/41842-.html

Yeni doğulan körpəsini paltaryuyan maşına atıb öldürdü

11.06.2025 15:41:17

LIVE

Rusiyanın Çelyabinsk vilayətində ana yeni doğulmuş uşağını amansızlıqla öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Satka rayonunun Süleyə kəndində baş verib. İstintaqın məlumatına görə, hamiləliyinin 40-cı həftəsində 33 yaşlı qadın hamamda oğlan uşağı dünyaya gətirib, sonra çantaya qoyub və paltaryuyan maşına ataraq, onu bağlayıb.

 

Paltaryuyan maşının olduğu otaqda temperature -6 Cº idi. Nəticədə körpə soyuqdan donaraq ölüb. 

Qadına qarşı cinayət işi açılıb. Hazırda istintaq yekunlaşıb və materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib