Dərc edilib: 12-06-2025

https://www.nuh.az/41860-.html

Hindistanda təyyarə qəzasında ölənlərin sayı 317, sağ qalan 1 NƏFƏR

12.06.2025 23:14:50

LIVE

Hindistanın Əhmədabad şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 317-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The New Indian Express” (NIE) yazıb.

Şəhər polisi Əhmədabaddan Londona uçan qəzaya uğrayan “Boeing 787” təyyarəsinin bütün sərnişinlərinin və 10 ekipaj üzvünün öldüyünü təsdiqləyib.

Qeyd edək ki, daha öncə təyyarədə olan 242 nəfərin hamısının öldüyü bildirilsə də, sonradan 1 sərnişinin sağ qaldığı açıqlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib