Dərc edilib: 15-06-2025

https://www.nuh.az/41891-.html

İsrail Tehranı bombalamağa başladı

15.06.2025 01:55:50

LIVE

İsrail Müdafiə Qüvvələri (IDF) bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb.

Musavat com xəbər verir ki, bəyanata görə, hazırda İsrail Hərbi Hava Qüvvələri hazırda Tehrandakı hərbi obyektlərə zərbələr endirir.

Hərbçilər əlavə ediblər ki, İsrail ordusu eyni vaxtda İrandan İsrail ərazisinə atılan raketlərin qarşısını almaq üçün çalışır.
Qeyd edək ki, İran tərəfi də Tehrandan İsraildəki hədəflərə ballistik raketlər dalğasının buraxıldığına dair məlumat yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib