Dərc edilib: 17-06-2025

https://www.nuh.az/41915-.html

Şagirdlərinə açıq-saçıq şəkillərini göndərən müəllimə həbs edildi

17.06.2025 09:30:49

Kriminal

Rusiyada şagirdlərə qarşı əxlaqsızlıq edən müəllimə həbs edilib.

Milli.Az xəbər verir ki, ailəli məktəb müəlliməsi 25 yaşlı Anna Plaksyuk şagirdlərinə qarşı əxlaqsızlıq etdiyi üçün 9 il müddətinə həbs cəzası alıb.

Hadisə Leninqraddakı məktəblərin birində baş verib. Hadisənin üstü 11 yaşlı uşağın valideyninin telefonunda müəllimənin qeyri-etik şəkillərini görməsi ilə açılıb. O, dərhal müdriyyətə məlumat verib, işə polis qarışıb.

Hakim qarşısına çıxarılan Anna səhvini etiraf edib. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib