Dərc edilib: 17-06-2025

https://www.nuh.az/41925-.html

Bu şənbə rəsmi iş günüdür

17.06.2025 23:21:32

LIVE

Azərbaycanda iyunun 21-i şənbə günü olmasına baxmayaraq, rəsmi iş günüdür. 

Qaynarinfo xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı Qərarda öz əksini tapıb.
Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, 21 iyun şənbə günü olsa da, iş günü, 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri isə qeyri-iş günləridir.
Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib