Tel-Əviv DƏHŞƏT İÇİNDƏ: İran 400 ballistik RAKET ATDI, İsrail Tehranı HƏDƏF ALDI: yer-göy DAĞILIR
İran tərəfindən İsrailə 400-dən çox ballistik raket atılıb. Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Raket zərbələri nəticəsində ölkə ərazisində 40 müxtəlif nöqtədə partlayış qeydə alınıb.
Hücum nəticəsində 24 nəfər həyatını itirib, 800-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyə müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrinin digər rəhbər şəxsləri İran sərhədindəki hərbi hissələrdə yoxlamalar aparmaq üçün Van vilayətinə gedib.
İran Silahlı Qüvvələrinin paytaxt Tehrandakı hava hücumundan müdafiə sistemləri İsrailin hücumları ilə əlaqədar işə salınıb.
İsrail mətbuatı isə İranın Kirmanşah vilayətindəki hərbi hədəflərə zərbələrin endirilməsi barədə də xəbər verib.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız eks xarici işlər narizi Tofiq Zülfüqarovdur. Müzakirədə tamaşaçılarımız da işitrak edə bilər.